EN

Goranboyda ağır qəza - xəsarət alanlar var

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki,, qəza rayon ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Chosen
13
14
ucnoqta.az

10Sources