ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Azərbaycanda orta məktəblərdə tədris ili bu il nəzərdə tutulan vaxtdan iki gün əvvəl yekunlaşacaq. Təqvimdə iyunun 13 və 14-ü həftəsonuna düşdüyü üçün şagirdlər yay tətilinə iyunun 12-dən başlayacaqlar.Qaydalara əsasən, ölkədə dərs ili sentyabrın 15-də başlayıb iyunun 14-də sona çatmalıdır. Lakin sonuncu dərs günlərinin şənbə və bazar günləri ilə üst-üstə düşməsi tədris prosesinin daha tez bitməsinə səbəb olub. Beləliklə, məktəblilər bu il tətilə erkən yollanacaqlar. (metbuat.az)Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.