AZ

Azərbaycanda məktəblər bu il tez bağlanacaq

Azərbaycanda orta məktəblərdə tədris ili bu il nəzərdə tutulan vaxtdan iki gün əvvəl yekunlaşacaq. Təqvimdə iyunun 13 və 14-ü həftəsonuna düşdüyü üçün şagirdlər yay tətilinə iyunun 12-dən başlayacaqlar.

Qaydalara əsasən, ölkədə dərs ili sentyabrın 15-də başlayıb iyunun 14-də sona çatmalıdır. Lakin sonuncu dərs günlərinin şənbə və bazar günləri ilə üst-üstə düşməsi tədris prosesinin daha tez bitməsinə səbəb olub. Beləliklə, məktəblilər bu il tətilə erkən yollanacaqlar. (metbuat.az)

Demokrat.az
Seçilən
15
1
demokrat.az

2Mənbələr