EN

Komitə rəhbəri: NATO çoxdan gözlənilən struktur dəyişikliyi yaşayır

NATO parçalanma deyil, çoxdan gözlənilən struktur dəyişikliyi yaşayır.

"Far.Az"un məlumatına görə, bu fikri NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunun kuluarlarında bildirib.

"İttifaq daxilində gördüyümüz şey parçalanma deyil, çoxdan gözlənilən, zəruri və nəticə etibarilə faydalı bir dəyişiklikdir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, söhbət üzv ölkələrin məsuliyyət bölgüsünə və yükün ədalətli və real bölgüsünə daha ciddi münasibətindən gedir.

O, Avropa dövlətlərinin müdafiə sahəsində daha çox məsuliyyət daşıdığını, hərbi potensiala investisiya qoyduğunu və öz təhlükəsizliklərini təmin etdiklərini vurğuladı.

Chosen
33
1
far.az

2Sources