UEFA Çempionlar Liqasının final matçından sonra turnirin 2025/2026 mövsümünün ən məhsuldar futbolçusu müəyyənləşib.
Bizim.Media "championat.com"a istinadən xəbər verir ki, bu ada 15 qolla "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe layiq görülüb.
İkinci pillədə turnir ərzində 14 qol vuran "Bavariya"nın ingiltərəli hücumçusu Harri Keyn qərarlaşıb.
İlk üçlüyü isə hər biri 10 qol vuran PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya, "Atletiko Madrid"in argentinalı hücumçusu Xulian Alvares və "Nyukasl Yunayted"in ingiltərəli futbolçusu Entoni Qordon tamamlayıblar.
Bizim.Media