EN

Çempionlar Liqasının bombardiri o oldu

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümü başa çatdıqdan sonra turnirin ən məhsuldar futbolçularının siyahısı dəqiqləşib.

Demokrat.az xəbər verir ki, "Real Madrid"in hücumçusu Kilian Mbappe 15 qolla mövsümün bombardiri olub. Fransalı ulduz komandası turnirdə mübarizəni dayandırsa da, liderliyini qoruyub saxlaya bilib.

Siyahıda ikinci pilləni 14 qolla "Bavariya"nın ingiltərəli forvardı Harri Keyn tutub. İlk üçlüyü isə hər biri 10 qol vuran üç futbolçu tamamlayıb. Bunlar PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya, "Atletiko Madrid"in oyunçusu Xulian Alvares və "Nyukasl"ın üzvü Entoni Qordondur.

Xatırladaq ki, turnirin finalında "Arsenal"ı penaltilər seriyasında məğlub edən PSJ çempionluq sevincini yaşayıb.

İsmayılidman
Demokrat.az

Chosen
53
demokrat.az

1Sources