EN

Bərdədə maşınlar toqquşdu 10 nəfər xəsarət aldı

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda olub.

Hərəkətdə olan “VAZ-21015” markalı maşın “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Zərbənin təsirindən “Mercedes” markalı avtomobil yol kənarındakı kanala düşüb.

Qəza nəticəsində 10 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər aşağıdakılardır:

Babayev Orxan Vüqar oğlu (1994)

Hacıyev Röyal Rövşən oğlu (2004)

Hətəmov Ayxan Natiq oğlu (2007)

Nəcəfli Mirşahin Yeımar oğlu (2007)

Paşayev Efras Ayaz oğlu (1979)

Həmidova Rabella Əlibaba qızı (1990)

Həmidzadə Ömər Kamandar oğlu (2018)

Həmidova Səkurə Yaqub qızı (1964)

Həmidov Həmid Fərrux oğlu (1963)

Həmidov Kamandar Həmid oğlu (1988).

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
3
qafqazinfo.az

10Sources