AZ

Bərdədə yol qəzasında yaralanan 10 nəfərin son vəziyyəti açıqlandı

Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb.

"TƏBİB"dən bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bərdə rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Seçilən
43
6
aznews.az

10Mənbələr