EN

7 ay É™vvÉ™l satdığı maşına görÉ™ gÉ™lÉ™n mesaj təəccüb doÄŸurdu

Türkiyənin Çorum şəhərində avtomobil satışı ilə məşğul olan şəxs 7 ay əvvəl satdığı maşına görə aldığı mesajlardan təəccüblənib. Alıcının mühərrikdə yaranan nasazlığa görə pul tələb etməsi və hədə-qorxu gəlməsi sosial mediada geniş müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, hadisə "Peugeot" markalı avtomobilin satışından sonra baş verib.

Məlumata görə, avtomobili alan şəxs mühərrikin sıradan çıxdığını bildirərək satıcıya mesaj yazıb. O, təmir xərclərinin 150 min lirə (təxminən 7800 manat) tutduğunu deyərək, bu məbləğin yarısını satıcının ödəməsini tələb edib.

Avtomobilin keçmiş sahibi isə 7 ay əvvəl baş tutan satış zamanı alıcının maşını öz ustasına yoxlatdırdığını xatırladıb və heç bir ödəniş etməyəcəyini bildirib. O, narazı tərəfə məhkəməyə müraciət etməyi tövsiyə edib.

Pul ala bilməyəcəyini anlayan alıcı isə təhdidlərə başlayıb. O, "Məni aldatmısan, sabah Çoruma gələcəyəm, qabağımda əsl kişi görmək istəyirəm" kimi ifadələrlə satıcını hədələyib.

Qeyd edək ki, ikinci əl maşın bazarında son vaxtlar dəb halını alan bu cür tələblər satıcılar üçün ciddi problemə çevrilib.

İsmayıl
Demokrat.az
Chosen
106
1
demokrat.az

2Sources