EN

Azərbaycanda yaşlı şəxs yaponiyalı turistə qarşı qeyri etik hərəkət etdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Almaniyalı turistin yaponiyalı sevgilisi ilə birgə Azərbaycana səfəri zamanı xoşagəlməz hadisə yaşanıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onlar öz sosial şəbəkə hesablarında paylaşım ediblər. Belə ki, əcnəbi cütlük Azərbaycanın rayonlarından birindən keçərkən yaşlı bir kişi avtomobilini saxlayaraq onlarla söhbət etməyə çalışıb. Daha sonra o, xanıma yaxınlaşaraq əli ilə sinəsinə toxunmağa cəhd edib. Bu kadrlar turistlər tərəfindən lentə alınıb və onlar polisə şikayət ediblər. Məlumata görə, mayın 27-də Hacıqabul rayonu ərazisində turistlərin müraciəti əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşıblar. Onların iştirakı ilə araşdırma aparılıb, 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Turistlərin əlavə hər hansı şikayəti olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
66
13
avtosfer.az

10Sources