EN

Azərbaycan üzərindən daha bir ticarət yolu – Rusiya milyardlar itirəcək

Çin və Qazaxıstan Avropa istiqamətində Rusiyadan yan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını sürətləndirir.

Musavat.com xəbər verir ki, yeni marşrut üzrə yüklər Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınacaq.

Məlumata görə, bu yol Rusiya üzərindən keçən ənənəvi marşrutla müqayisədə daha mürəkkəb olsa da, son illərdə onun genişləndirilməsi istiqamətində işlər sürətlənib.

Bildirilir ki, layihəyə marağın artmasının əsas səbəbləri arasında sanksiya riskləri, geosiyasi qeyri-sabitlik və daşımaların Rusiya marşrutlarından asılılığının azaldılması istəyi yer alır.

Ukrayna kəşfiyyatının məlumatına görə, bu dəhlizin əhəmiyyətinin artması halında Rusiya Asiya ilə Avropa arasında əsas tranzit qovşağı statusunu və yükdaşımalar hesabına əldə etdiyi milyardlarla dollar gəlirin bir hissəsini itirə bilər.

Məlumatda qeyd olunur ki, Transxəzər marşrutunun buraxılış qabiliyyətinin 2030-cu ilə qədər təxminən iki dəfə artırılması planlaşdırılır. Eyni zamanda, Qazaxıstanın iri enerji layihələrində Rusiya podratçılarından daha az istifadə etdiyi bildirilir.

Musavat.com

Chosen
51
musavat.com

1Sources