İran Prezidenti Məsud Pezeşkianın tutduğu vəzifədən istefa vermək üçün rəsmi müraciət etdiyi iddia olunur.
Məlumata əsasən, İran prezidenti bu qərarını ölkə idarəçiliyində SEPAH komandirlərinin dominant mövqe tutması ilə əlaqələndirib. Bildirilir ki, Pezeşkian məktubunda dövlət idarəçiliyinin faktiki olaraq hərbi dairələrin nəzarətinə keçməsindən narazılığını ifadə edib.
Nəşrin məlumatına görə, prezident qərar qəbuletmə proseslərində hökumətin rolunun məhdudlaşdırılmasından, eləcə də bir sıra məsələlərdə səlahiyyətlərini tam şəkildə həyata keçirə bilməməsindən narazıdır.
Hazırda İranın rəsmi qurumları tərəfindən bu məlumat nə təsdiqlənib, nə də təkzib olunub. Pezeşkianın özü də məsələ ilə bağlı açıqlama verməyib. Musavat.com