AZ

İran mediası təcili məlumat yaydı – Prezident Pezeşkian istefa verdi/YENİLƏNDİ

İran Prezidenti Məsud Pezeşkianın tutduğu vəzifədən istefa vermək üçün rəsmi müraciət etdiyi iddia olunur.

Paytaxt.org xəbər verir ki, “Iran International”ın yaydığı məlumata görə, Pezeşkian istefa ərizəsi yazaraq onu Müctəba Xameneinin ofisinə göndərib.

Məlumata əsasən, İran prezidenti bu qərarını ölkə idarəçiliyində SEPAH komandirlərinin dominant mövqe tutması ilə əlaqələndirib. Bildirilir ki, Pezeşkian məktubunda dövlət idarəçiliyinin faktiki olaraq hərbi dairələrin nəzarətinə keçməsindən narazılığını ifadə edib.

Nəşrin məlumatına görə, prezident qərar qəbuletmə proseslərində hökumətin rolunun məhdudlaşdırılmasından, eləcə də bir sıra məsələlərdə səlahiyyətlərini tam şəkildə həyata keçirə bilməməsindən narazıdır.

Hazırda İranın rəsmi qurumları tərəfindən bu məlumat nə təsdiqlənib, nə də təkzib olunub. Pezeşkianın özü də məsələ ilə bağlı açıqlama verməyib. Musavat.com

***

İranda Prezident Məsud Pezeşkianın mümkün istefası ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Paytaxt.org xəbər verir ki, prezidentin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Mehdi Təbatəbai sosial şəbəkədə paylaşdığı açıqlamada istefa iddialarını təkzib edib. Təbatəbai bildirib ki, Pezeşkian xalqına xidmət yolundan geri çəkilməyəcək.

“Pezeşkian xalqa xidmətdən bir addım belə geri çəkilməyəcək, İran xalqı da həmrəylik və müqavimət yolundan dönməyəcək”, - deyə o vurğulayıb.

 Rəsmi Tehran məlumatları təkzib edib.

Seçilən
48
1
paytaxt.org

3Mənbələr