EN

Roza Zərgərli Kadırovla görüşdü

Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli Çeçenistan lideri Ramzan Kadırovla görüşüb.

Publika.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında paylaşım edib.

İfaçı Çeçenistan Respublikasına və şəxsən respublika rəhbəri Ramzan Axmatoviç Kadırova səmimi qəbula, incəsənətə göstərilən dəstəyə və Azərbaycan musiqisinə olan sevgiyə görə dərin minnətdarlığını ifadə edib. O, bunun özü üçün böyük şərəf və xüsusi dəyər daşıdığını qeyd edib.

İfaçı, həmçinin bu gözəl konsertin təşkilində dəstək göstərən hər kəsə və komandasına ürəkdən təşəkkürünü çatdırıb.

Çeçenistan tamaşaçılarına xüsusi minnətdarlıq edən ifaçı, onların səmimi qarşılanmasını, göstərdikləri həqiqi emosiyaları və inanılmaz enerjini yüksək qiymətləndirib. İfaçı bildirib ki, tamaşaçıların sevgisi və dəstəyi bu gecəni həqiqətən unudulmaz edib.

Chosen
57
7
publika.az

10Sources