EN

Qırmızı şərab sevənlər üçün yeni arqument ortaya çıxıb

Araşdırma ürək-damar risklərinin az ola biləcəyini göstərib...

Poliqon xəbər verir ki, Qqrmızı şərab sevənlər ilə pivə həvəskarları arasındakı mübahisədə yeni arqument ortaya çıxıb. Çinli alimlərin 13 il ərzində 340 min nəfəri müşahidə etdiyi araşdırmaya görə, qırmızı şəraba üstünlük verən şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski demək olar ki, alkoqol qəbul etməyənlərlə müqayisədə 21 faiz daha aşağı olub. Bu barədə Inc. nəşri yazıb.

Bununla belə, tədqiqat müəllifləri vurğulayıb ki, nəticələr yalnız ölçülü istehlak halına aiddir.

Araşdırma pivə və güclü spirtli içkilərə üstünlük verənlər üçün isə müsbət nəticə göstərməyib. Hətta az miqdarda istehlak zamanı belə, bu qrupda ürək üçün risklərin daha yüksək olduğu bildirilib.

Lakin alimlər nəticələrin “dərhal bir şüşə açmaq” üçün tövsiyə kimi qəbul edilməməsini istəyib.

Mütəxəssislərin fikrincə, məsələ yalnız içkinin özündə deyil. Belə ki, qırmızı şərab sevənlər daha düzgün qidalanmağa meylli olur, daha az siqaret çəkir və ümumilikdə sağlamlıqlarına daha çox diqqət göstərirlər.

Poliqon.info

Chosen
52
poliqon.info

1Sources