EN

Ermənilər Azərbaycana nifrət püskürən Hoxikyanı döydülər

Dünən Ermənistanın Noyakert qəsəbəsində Azərbaycana qarşı nifrət yayan jurnalist Narir Hoxikyan ilə “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri arasında insident baş verib.

“Hraparak”a açıqlama verən Hoxikyan bildirib ki, iki nəfər tərəfindən təhqir və təhdid olunaraq döyülüb. Onun sözlərinə görə, hadisə zamanı özünü müdafiə etməyə çalışıb.

Hoxikyan həmçinin qeyd edib ki, hadisənin qeydə alındığı müşahidə kamerasının kabelinin kəsildiyini görüb. O, bununla bağlı konkret sübutunun olmadığını bildirib.

Jurnalist hadisədən sonra polisə silah təhvil verdiyini də açıqlayıb. O bildirib ki, insidentin səbəbi qanunsuz yerləşdirildiyini iddia etdiyi CP plakatı ilə bağlı etdiyi müraciət olub.

Chosen
122
aznews.az

1Sources