EN

"Mançester Siti" yayın ən bahalı transferlərindən birini reallaşdırır

Baş məşqçi dəyişikliyinə məruz qalan və heyətində yeniləmə olacağı gözlənilən "Mançester Siti" yeni transferə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.

Mənbənin məlumatına görə, "şəhərlilər" "Aston Villa"nın və İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocers uğrunda mübarizəyə qoşulub.

İngilis klubu əvvəllər akademiyasında oynadığı 23 yaşlı futbolçunu "Etihad"a qayıtmasını nəzərdən keçirir. Rocerslə "Arsenal", "Çelsi", "Bayern Münhen" və PSJ də maraqlanır.

"Siti" həmçinin hücum xəttinin yenidən qurulmasına hazırlaşır. Bernardu Silvanın ayrılacağı gözlənilir və Enzo Mareskanın rəhbərlik edəcəyi yeni məşqçilər heyəti öz komandasını formalaşdırmağa çalışır.

Rocers də transferə açıqdır. Amma "Aston Villa" onu ucuz qiymətə satmağı planlaşdırmır - o, yay mövsümünün ən bahalı transferlərindən biri ola bilər. Söhbət 100 milyon funt-sterlinqə yaxın məbləğdən gedir. 

Mirağa

Chosen
14
2
fanat.az

3Sources