EN

5 ci dəfə dünya çempionu oldular

Milli.az saytına istinadən ain.az xəbər verir.

Buzüstü hokkey üzrə Finlandiya millisi 2026-cı il Dünya Çempionatının qalibi olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İsveçrənin Sürix şəhərindəki "Swiss Life Arena"da keçirilən finalda Finlandiya ev sahibi İsveçrəni 1:0 hesabı ilə məğlub edib.

Finalın yeganə qolunu Finlandiya millisinin hücumçusu Konsta Helenius vurub. Bu qol Finlandiyaya tarixində beşinci dünya çempionluğunu qazandırıb.

Finlandiya buna qədər Dünya Çempionatında dörd dəfə - 1995, 2011, 2019 və 2022-ci illərdə qızıl medal əldə edib.

İsveçrə isə yenə qızıl medal həsrətinə son qoya bilməyib. Komanda tarixində altıncı dəfə Dünya Çempionatını ikinci yerdə başa vurub. İsveçrə daha əvvəl 2013, 2018, 2024 və 2025-ci illərdə də finalda uduzub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
news.milli.az

1Sources