EN

PSJ-nin maraqlandığı qapıçı Portuqaliya klubundan ayrılmır

BAKI, 1 iyun. TELEQRAF

Fransa təmsilçisi PSJ Portuqaliyanın “Portu” klubunun qapıçısı Dioqu Koştanın transferi ilə bağlı heç bir danışıq aparmır.

Teleqraf xəbər verir ki, bu barədə A Bola nəşri məlumat yayıb.

Daha əvvəl UEFA Çempionlar Liqasının qalibinin Portuqaliya millisinin üzvü ilə maraqlandığı iddia edilsə də, Fransa klubu bu transferlə bağlı “Portu”ya rəsmi müraciət etməyib.

Bununla yanaşı, Dioqu Koştanın PSJ-nin transfer siyahısında yer aldığı bildirilir. PSJ-nin qapıçı xəttində dəyişiklik edə biləcəyi və bu səbəbdən 26 yaşlı qolkiperin namizədlər arasında olduğu vurğulanır.

Hazırda dünya çempionatına hazırlaşan Koşta isə transfer məsələsini gündəminə gətirmir. “Portu” da əsas qapıçısını satmağa tələsmir.

Transfer dəyəri 40 milyon avro göstərilən qapıçının müqaviləsində 60 milyon avro sərbəstqalma maddəsinin olduğu qeyd edilir.

Qeyd edək ki, “Portu”nun yetirməsi olan Dioqu Koştanın klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Chosen
43
teleqraf.com

1Sources