EN

Kobaxidze Zakir Həsənovla regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri sosial şəbəkə hesabında paylaşım edib.

Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, müdafiə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Həmçinin regionda sülh və sabitliyin qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Görüşdə Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib.

  • Kobaxidze
  • Kobaxidze
  • Kobaxidze
  • Kobaxidze
Chosen
52
day.az

1Sources