EN

Özgür Özələ dəstək: CHP-də qurultay üçün imza kampaniyası başlayır

Cümhuriyyət Xalq Partiyasında (CHP) qurultay keçirilməsi üçün imza toplanacaq.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə CHP-ninsözçüsü Zeynel Emre məlumat yayıb.

O bildirib ki, sədr vəzifəsindən uzaqlaşdırılan Özgür Özələ qarşı iddialar əsassızdır və bu gündən etibarən fövqəladə qurultay üçün imza toplamağa başlayacaqlar:

"CHP-nin içində olduğu bu vəziyyətdən xilas üçün hansı metodlardan istifadə edəcəyimizi xalqımızla birgə müzakirə etdik. Qurultay üçün lazımi rəsmi addımlar atılacaq. Məhkəmənin qərarına uyğun olaraq, bütün səlahiyyətli nümayəndələrin imzalarını toplayacağıq. Yarısından çoxu toplandıqdan sonra bu barədə CHP Baş Qərargahına məlumat veriləcək”.

Chosen
30
publika.az

1Sources