EN

Azərbaycan komandası Kutaisidə dördüncü oldu

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycanın 12 yaşadək basketbolçulardan ibarət millisi Gürcüstanın Kutaisi şəhərində keçirilən Gela Darsadzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxışını başa vurub.

Futbolpress.az xəbər verir ki, komanda iştirak etdiyi ilk beynəlxalq turnirdə 4-cü yeri tutub.

Turnirdə “Tal Teç” (Estoniya), “KKS Basket” (Polşa), “Almaty Legion” (Qazaxıstan), “Batumi”, “Telavi” və “Basco 2019” (hamısı Gürcüstan) komandaları iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
3
futbolpress.az

8Sources