ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri artıq adi siyasi kampaniya çərçivəsini çoxdan aşıb. Bu seçkilər faktiki olaraq Cənubi Qafqaz uğrunda Moskva ilə Qərb arasında gedən geosiyasi savaşın yeni və ən təhlükəli mərhələsinə çevrilib. Hazırda İrəvanda baş verən proseslər göstərir ki, tərəflər yalnız seçkiyə deyil, seçkidən sonrakı mümkün xaos və qarşıdurma ssenarilərinə də hazırlaşırlar.
Xalqcebhesi.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
Onun sözlərinə görə, son aylarda Ermənistanda müşahidə olunan informasiya müharibəsi, siyasi manipulyasiyalar, iqtisadi təzyiqlər, təhlükəsizlik mövzularının ön plana çıxarılması və küçə mobilizasiyası əslində klassik hibrid savaş elementləridir:
"Həm Moskva, həm də Qərb artıq anlayır ki, 7 iyun seçkiləri Ermənistanın gələcək taleyini müəyyən edəcək strateji dönüş nöqtəsidir.
Kreml yaxşı başa düşür ki, seçkinin əsas favoriti Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasıdır. Seçkiqabağı sorğular da bunu təsdiqləyir. Paşinyan hakimiyyəti cəmiyyətdə hələ də ən böyük elektorata sahibdir və müxalifət parçalanmış vəziyyətdədir.
Moskvanın əsas siyasi dayaqları hesab olunan Robert Köçəryan, Samvel Karapetyan və erməni kilsəsi gözlənilən nəticəni əldə edə bilmirlər. Bu səbəbdən Kreml strategiyasını dəyişərək Paşinyanın tam üstünlüyünü əngəlləməyə və seçkidən sonrakı mərhələ üçün zəmin hazırlamağa çalışır.
Rusiyanın əsas məqsədi Paşinyanın təkbaşına güclü hakimiyyət formalaşdırmasının qarşısını almaq, Ermənistan daxilində siyasi parçalanmanı dərinləşdirmək və seçkidən sonra hakimiyyət böhranı üçün şərait yaratmaqdır. Moskva anlayır ki, Paşinyanın yenidən böyük üstünlüklə qələbəsi Ermənistanın postsovet orbitindən sürətlə uzaqlaşması demək olacaq".
Cavid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.