EN

22 yaşlı oğlanın meyiti tapıldı

Bakıda 22 yaşlı oğlan müəmmalı şəraitdə ölüb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 31-i saat 21 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, evdən 2004-cü il təvəllüdlü M.Ağazadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.

Onun hansı şəraitdə və hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
23
2
metbuat.az

3Sources