AZ

22 yaşlı oğlanın meyiti tapıldı

22 yaşlı oğlanın meyiti tapıldı

Bakıda 22 yaşlı oğlan müəmmalı şəraitdə ölüb. Hadisə mayın 31-i saat 21 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində yerləşən mənzillərdən birində baş verib. Belə ki, evdən 2004-cü il təvəllüdlü M.Ağazadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb. Onun hansı şəraitdə və hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
14
2
afn.az

3Mənbələr