EN

Bakıda evdən 22 yaşlı oğlanın meyiti tapıldı 

Bakıda 22 yaşlı oğlan müəmmalı şəraitdə ölüb.


Manset.az xəbər verir ki, hadisə mayın 31-i saat 21 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, evdən 2004-cü il təvəllüdlü M.Ağazadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.

Onun hansı şəraitdə və hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
14
2
manset.az

3Sources