EN

Xocalının və Ağdərənin kəndlərinə məcburi köçkün ailələrinin köçürülməsinə 360 min manata yaxın vəsait sərf olunacaq

Xocalı rayonunun Xanabad, Xanyurdu, Badara, Seyidbəyli və Şuşakənd kəndlərinə və Ağdərə rayonunun Vəngli kəndinə məcburi köçkün ailələrinin köçürülməsinə 357 812 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Pelican Service” MMC həyata keçirəcək.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. MMC-nin rəhbəri Toğrul Akif oğlu Qurbanovdur.

 

Cabir

Tarix: 1 İyun 2026, 13:23   
Chosen
39
pravda.az

1Sources