Xocalı rayonunun Xanabad, Xanyurdu, Badara, Seyidbəyli və Şuşakənd kəndlərinə və Ağdərə rayonunun Vəngli kəndinə məcburi köçkün ailələrinin köçürülməsinə 357 812 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, xidməti “Pelican Service” MMC həyata keçirəcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. MMC-nin rəhbəri Toğrul Akif oğlu Qurbanovdur.
Cabir
Tarix: 1 İyun 2026, 13:23