EN

Enrike Kustodio əməliyyat olundu – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin sol cinah müdafiəçisi Enrike Kustodio ön çarpaz bağından əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Əməliyyat müdafiəçinin vətəni Braziliyada baş tutub. Xəbərdə o da vurğulanır ki, Kustodio təxminən 6-8 ay sonra yaşıl meydanlara dönəcək. Bu isə onun növbəti mövsümün böyük hissəsini buraxacağı anlamına gəlir.

Enrike Kustodio 2025-ci ilin sentyabr ayında Portuqaliyanın “Leyşoynş” klubundan azad agent kimi ayrılaraq “Zirə” ilə 1+1 illik müqaviləyə imza atmışdı. 31 yaşlı müdafiəçi qəsəbə təmsilçisinin heyətində 29 oyun keçirib, 7 məhsuldar ötürmə müəllifi olub.

Kustodio Braziliyanın “Koritiba” klubunun yetirməsidir. O, “Nautiko”, “Parana”, “Portimonense”, “Farense”, B-SAD kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Chosen
26
7
arena.az

10Sources