AZ

Minifutbol millimiz 1/8 finalda Qazaxıstana qarşı – ARENA.AZ

Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 final mərhələsində Qazaxıstan yığması ilə üz-üzə gələcək.

“Tipos Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan milli komandası daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub və 1/8 finala yüksəlib.

Bu gün həmçinin 1/8 finalda Rumıniya – Avstriya, Yunanıstan – Serbiya, Çexiya – Monteneqro görüşləri baş tutacaq.

Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, 1/8 finalın digər 4 oyunu dünən baş tutub:

Bosniya və Herseqovina – Macarıstan 2:2 (penaltilər – 2:3)
Bolqarıstan – Fransa 6:1
Polşa – Gürcüstan 1:1 (penaltilər – 2:3)
Ukrayna – Portuqaliya 3:1

Minifutbol üzrə Avropa çempionatı iyunun 4-də başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
4
8
arena.az

10Mənbələr