EN

Seçkilərdən sonra “Maydan ssenarisi” aktivləşə bilər

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanda seçkilər yaxınlaşdıqca Moskvanın proseslərə təsir göstərmək cəhdləri ilə bağlı iddialar daha da artır. Kremlinə yaxın media resursları və sosial şəbəkələrdə yayılan dezinformasiya kampaniyalarının əsas hədəfinin Baş nazir Nikol Paşinyanın qərbyönlü siyasətini zəiflətmək olduğu bildirilir.

Ekspertlər hesab edirlər ki, Rusiya Ermənistanın siyasi kursunun dəyişməsinin qarşısını almaq üçün informasiya və iqtisadi təzyiq alətlərindən istifadə edir. Bu fonunda Ermənistan seçkiləri artıq təkcə daxili siyasi mübarizə deyil, həm də Moskva ilə Qərb arasında təsir savaşı kimi qiymətləndirilir.

Moskvanın Ermənistan seçkilərinə mümkün müdaxiləsi seçicilərin qərarına real təsir göstərə bilərmi?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyanın siyasi xəttinin Rusiya tərəfindən məqbul hesab edilib-edilməməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir və konkret olaraq iddia olunur ki, Rusiya artıq faktiki olaraq Ermənistandan daha qəti və birtərəfli siyasi mövqe tələb edir.

Yəni ya Qərb yönümlü siyasət aparmaq, ya da Rusiya yönümlü siyasət aparmaq kimi seçimlərin açıq şəkildə gündəmə gətirildiyi bildirilir.

Bu siyasətin artıq açıq formada Nikol Paşinyandan tələb olunduğu iddia edilir.

“Rusiya Prezidenti Vladimir Putinin Avrasiya İqtisadi Sammitində etdiyi çıxışdan sonra Rusiyanın Ermənistandakı səfirinin məsləhətləşmələr üçün geri çağırılması faktı da bu kontekstdə qiymətləndirilir və bu, Nikol Paşinyanın mövqeyinə qarşı Moskvanın daha sərt yanaşmasının göstəricisi kimi təqdim olunur. Bu da özlüyündə göstərir ki, Rusiyanın Ermənistanda daha açıq siyasət apardığı barədə fikirlər mövcuddur”-deyən politoloq bildirib ki, seçkilərdən sonra Ermənistanda vəziyyət heç də asan olmayaq.

Hətta seçkilərdən sonra Ermənistanda “Maydan” hadisələrinə oxşar proseslərin baş verə biləcəyi və bunun nəticəsində kütləvi etirazların təşkil oluna biləcəyi istisna edilmir.

Bu çərçivədə Ermənistanda hakimiyyət dəyişikliyi istiqamətində geniş miqyaslı mitinqlərin keçirilə biləcəyi də gözlənilir.

Zeynal Əmrəliyev vurğulayır ki, rusiyayönümlü media orqanları Ermənistanda hazırda bu mövzuda aktiv təbliğat aparırlar və onların əsas mesajı ondan ibarətdir ki, Nikol Paşinyanın həyata keçirdiyi Qərbə inteqrasiya siyasəti gözlənilən nəticəni verməyib və bu siyasi xətt optimal hesab edilmir, buna görə də alternativ yanaşmaların, yəni ənənəvi və əvvəlki siyasi kursa qayıdışın daha düzgün olduğu vurğulanır.

Eyni zamanda, rusiyayönümlü media platformalarında, xüsusilə müəyyən biznes və siyasi dairələri dəstəkləyən müxalifət yönlü qurumlar vasitəsilə bu təbliğat daha da gücləndirilir.

“Seçkilərdən sonra Ermənistanda kütləvi mitinqlərin və siyasi proseslərin artacağı istisna deyil”-deyə politoloq bildirib.

İradə Cəlil,Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
bizimyol.info

1Sources