EN

Bu türk ölkəsi spirtli içkilərə qadağa qoyur

Qırğızıstanda siqaret və spirtli içkilərin satışına dair yaş məhdudiyyətinin sərtləşdirilməsi məsələsi gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, müzakirə olunan təşəbbüsə əsasən, tütün məmulatları və alkoqollu içkilərin 21 yaşdan kiçik şəxslərə satışı qadağan edilə bilər. Təşəbbüsün əsas məqsədi gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısını almaq və ictimai sağlamlığın qorunmasını gücləndirməkdir.

Hazırda Qırğızıstan qanunvericiliyinə görə tütün məmulatlarının satışı üçün minimum yaş həddi 18-dir. Ölkədə qüvvədə olan qanunlara əsasən, 18 yaşına çatmamış şəxslərə siqaret satılması qadağandır.

Son illərdə Qırğızıstan hakimiyyəti tütün məhsulları ilə bağlı məhdudiyyətləri mərhələli şəkildə sərtləşdirir. Ölkədə elektron siqaretlərin idxalı, satışı və istifadəsi də qadağan olunub və bu sahədə qanun pozuntularına görə cərimələr nəzərdə tutulub.

21 yaş məhdudiyyətinin tətbiqi ilə bağlı təşəbbüs hələ qanun qüvvəsi almayıb. Təklifin qəbul olunacağı təqdirdə Qırğızıstanda siqaret və spirtli içkilərin satışı ilə bağlı qaydalar daha da sərtləşəcək.

Demokrat.az
Chosen
36
demokrat.az

1Sources