EN

Psixoloq xəbərdarlıq etdi: Övladınızı dodaqdan öpməyin! - VİDEO

"Dodaq intim bölgədir və ehtiras, qadın-kişi münasibətini ifadə edir. Valideyn-uşaq sevgisində bu sevgi göstəricisi deyil".
 
Ölkə.Az xəbər verir ki, bunu psixoloq Aynurə Novruzova deyib. O, bu cür davranışların uşaq üçün travmaya çevrilə biləcəyini söyləyib:
 
"Bu, həm gigiyenik, həm də psixoloji cəhətdən doğru deyil. Valideyn üçün dodaqdan öpüş saf hal, hərəkət kimi görünsə də, uşaq psixikası bu siqnalları qarışdıra bilər. Çünki dodaq özəl bölgə olduğu üçün romantik sevgini ifadə edir. Bu da gələcəkdə çox ciddi psixoloji travmalara gətirib çıxara bilər.
Gigiyenik baxımdan ona görə doğru deyil ki, ağızda olan mikroblar körpə uşağa keçdikdə müəyyən problemlər yarada bilər".
 
Psixoloq xüsusilə valideynləri onlara əks cinsdə (ana-oğul, ata-qız) olan övladlarına münasibətdə ehtiyatlı olmağa çağırıb:
 
"Bu hərəkət ən çox da yeniyetmə dövründə uşağın şəxsi sərhədlərinə mənfi təsir edir. Bununla da uşaq böyüyəndə başqa insanlarla da şəxsi sərhədlərin qoruya bilməyəcək".
 
Billurə

Chosen
33
1
olke.az

2Sources