İran İsrailin Livanda Hizbullaha qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı ABŞ ilə vasitəçilər üzərindən aparılan mesaj mübadiləsini dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Tehran Livan və Qəzzada İsrailin hərbi əməliyyatlarının dayandırılmasını tələb edir və bu şərt yerinə yetirilməyənədək ABŞ ilə heç bir danışıqların aparılmayacağını bildirib.
Hesabatda qeyd olunur ki, İran İsrailin Hizbullaha qarşı hücumlarını ABŞ ilə əldə olunmuş 8 aprel tarixli atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirir.
Tehran hesab edir ki, Livan və Qəzza ilə bağlı vəziyyət normallaşmadan diplomatik təmasların davam etdirilməsi mümkün deyil.
Hələlik ABŞ tərəfi və ya vasitəçi ölkələr məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Aminə ŞAHSUVARQIZI