İran İsrailin Livana hücumlarına etiraz olaraq ABŞ-la mesaj mübadiləsini dayandırıb.
Heftelik.az xəbər verir ki, bu barədə “Tasnim” anonim mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İranın danışıqlar heyəti ABŞ-la vasitəçi yolu ilə dialoqu və mətn mübadiləsini dayandırıb.
Məlumata görə, Livanın atəşkəsin bir hissəsi və bu ölkəyə edilən hücumların dayandırılmasının atəşkəsin ön şərtlərindən biri olduğu, eləcə də atəşkəsin bütün cəbhələrdə, o cümlədən Livanda pozulduğu diqqətə alınaraq belə bir qərar verilib.
Qeyd olunub ki, İran rəsmiləri İsrailin Qəzzada və Livanda hərbi əməliyyatları tam dayandırmasını və Livandan çəkilməsinin əhəmiyyətini vurğulayıblar.
İranın və “Müqavimət cəbhəsi”nin bu məsələ ilə bağlı tələblərinin təmin olunmadığı təqdirdə, dialoqun baş tutmayacağı vurğulanıb.
Əlavə olaraq, İranın və “Müqavimət cəbhəsi”nin Hörmüz boğazını tam bağlamağı, Babül-Məndəb boğazı da daxil olmaqla yeni cəbhələr açmağı gündəliyə daxil edilib.