PSJ-nin Çempionlar Liqasındakı qələbə sevinci zamanı maraqlı anlar yaşanıb.
Musavat.com xəbər verir ki, finalda “Arsenal”ı penaltilər seriyasında məğlub edərək kuboku qazanan Paris təmsilçisi çempionluğu Eyfel qülləsinin qarşısında azarkeşlərlə birlikdə qeyd edib.
Şənlik zamanı futbolçular komandanın ulduzu Usman Dembeleni dəfələrlə havaya atıblar. İlk cəhdlər uğurlu alınsa da, sonuncu dəfə havaya atılan Dembele tarazlığını itirərək yerə yıxılıb. Hadisə həm komanda yoldaşlarının, həm də azarkeşlərin gülüşünə səbəb olub. Yıxıldıqdan sonra Dembele özü də gülərək vəziyyəti zarafatla qarşılayıb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər PSJ-nin çempionluq gecəsinin ən çox danışılan anlarından birinə çevrilib. Azarkeşlər həmin anları “gecənin ən əyləncəli görüntüsü” kimi qiymətləndiriblər.
Musavat.com