EN

Ukrayna 90 milyard avronun ilk tranşını bu ay alacaq

Ukrayna hələ Brüsselin 90 milyard avroluq ilk tranşı (9,1 milyard avro) almaq üçün qoyduğu bütün texniki tələbləri yerinə yetirməyib, lakin Avropa Komissiyası bu pulu iyun ayının sonuna qədər Kiyevə köçürməyi gözləyir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Balaş Uyvari Brüsseldə keçirilən brifinqdə bildirib.

"Ukrayna tərəfində bir neçə texniki addımın tamamlanması qalır. Bundan sonra Avropa Komissiyası Avropa İttifaqının büdcə maliyyələşdirilməsinin ayrılması ilə bağlı tələblərinin yerinə yetirilib-yetirilmədiyinə qərar verəcək. İdeya iyun ayının sonuna qədər Ukraynaya 9,1 milyard avro köçürməkdir. Bu pulun 5,9 milyard avrosu hərbi ehtiyaclara, əsasən dronlara, daha 3,2 milyard avrosu isə büdcə ehtiyaclarına xərclənəcək", - B.Uyvari deyib.

O, vurğulayıb ki, bu 5,9 milyard avro ilə Ukrayna öz sənayesindən və ya Aİ-dən dronların alınmasına üstünlük verməlidir. Yalnız zəruri silahların təmin edilə bilmədiyi təqdirdə Kiyev bu vəsaitdən digər tərəfdaş ölkələrdən lazımi silahları əldə etmək üçün istifadə edə biləcək.

Musavat.com

Chosen
37
musavat.com

1Sources