Dünyaca məşhur müğənni Dua Lipa sevgilisi, aktyor Callum Turner ilə Londonda sadə nikah mərasimi keçirib. Cütlüyün nikahdan paylaşdığı fotolar qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sonxeber.az xəbər verir ki, Dua Lipa toy günü 1970-ci illərin dəbindən ilhamlanan, Schiaparelli moda evi tərəfindən hazırlanmış xüsusi geyim seçib. Bəy isə klassik tərzdə tünd-göy kostyum geyinib.
Lakin diqqət çəkən əsas məqam müğənninin gəlinlik görüntüsündə nəzərə çarpan omba dolğusu olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi bu seçimi cəsarətli və fərqli dəb yanaşması kimi qiymətləndirərkən, digərləri isə görünüşün uğursuz alındığını və siluetə süni təsir bağışladığını bildirib.
Moda ekspertlərinin fikrincə, belə pedlər bədən quruluşunu daha balanslı göstərmək məqsədilə istifadə olunur. Ancaq geyimin kəsimi, materialı və fotoların çəkilmə bucağı uyğun seçilmədikdə, pedlərin konturları nəzərə çarpa və arzuolunmaz görüntü yarada bilər.
Dua Lipanın toy obrazı moda həvəskarları arasında müzakirələri davam etdirir. Bəziləri bunu yeni trendin başlanğıcı hesab etsə də, digərləri bu seçimin uğursuz stil qərarı olduğunu düşünür.