Bakı, 1 iyun, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Fəxri xiyabanı ziyarət edib.
AZƏRTAC xəbər verir ki, komanda üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad ediblər.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, xatirəsi hörmət və ehtiramla anılıb.