EN

İrandan xəbərdarlıq: İsrailin şimalını tərk edin...

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Hərbi Mərkəzi Qərargahı Livanın şimal ərazilərində yaşayan sakinlərə İsrailin hücumu ilə əlaqədar xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərargahın bəyanatında bildirilib.

İran həmçinin İsrailin atəşkəs rejimini dəfələrlə pozduğunu və bu halın davam edəcəyi təqdirdə, İsrailin şimal ərazilərinin də hədəf alınacağını vurğulayıb və həmin bölgənin sakinlərinə təhlükəsizlik məqsədilə həmin əraziləri tərk etməyə çağırıb.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu Beyrut və Dahiya bölgəsinə zərbələr endiriləcəyi ilə hədələyib.

Chosen
12
1
bakivaxti.az

2Sources