Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, mülki Məcəllənin müddəalarına əsasən maşın alqı satqısı zamanı malın lazımi keyfiyyətdə olması mühüm şərtdir:
"Əgər alıcı avtomobildə ciddi bir texniki problem aşkar edərsə, qanunvericilik onun hüquqlarını qoruyur və ona fərqli seçimlər verir. Mülki Məcəllənin 421-ci maddəsinə görə müqavilə şərtlərinin əsaslı surətdə dəyişməsi və ya öhdəliklərin pozulması zamanı tərəflər müqaviləyə xitam verilməsini istəyə bilər. Alıcı satıcıdan maşının qüsurunun ağlabatan müddətdə pulsuz aradan qaldırılmasını və ya təmir üçün çəkilən xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər nasazlıq böyükdürsə və maşından tam istifadə etmək mümkün deyilsə, alıcı satış qiymətinin mütənasib şəkildə azaldılmasını da tələb edə bilər.
Bundan başqa alıcının maşını eyni keyfiyyətdə və qüsursuz olan digər bir avtomobillə dəyişdirmək hüququ da var. Əgər satıcı gizli qüsurlar barədə alıcını qabaqcadan məlumatlandırmayıbsa, alıcı müqaviləni ləğv edib ödədiyi pulun tam geri qaytarılmasını tələb edə bilər. Bu hüquqları icra etmək üçün həmin problemlərin alqı satqı anında mövcud olduğunu rəsmi ekspertiz rəyi ilə sübut etmək mütləqdir",- deyə vəkil qeyd edib.
Təcrübədə bir çox sürücü alqı-satqıdan dərhal sonra servis xidmətlərinə müraciət edərək aldadıldığını öyrənir. Motor, sürətlər qutusu və ya kuzovdakı ciddi qüsurların gizlədilməsi qarşı tərəfə məhkəmə yolu ilə kompensasiya tələb etmək əsası verir. Qanunvericilik mexanizmi satıcıların avtomobilin real vəziyyəti barədə dürüst məlumat verməsini məcburi edərək bazarda ədalətli balans yaradır. Hüquqi addımlar atmadan əvvəl isə mütləq şəkildə texniki rəy tələb olunur.
Yəni, maşın aldıqdan sonra gizli qüsur tapılarsa, alıcı təmiri, qiymətin endirilməsini və ya müqaviləni ləğv edib pulun tam qaytarılmasını tələb edə bilər.
Əfsanə Kamal
Demokrat.az
6Sources
-
moderator.azAldığınız maşın xarab çıxsa, pulunuzu geri tələb edə bilərsiniz — Vəkil açıqladı ( 29119348)
-
olaylar.azAldığınız maşın xarab çıxsa, pulunuzu geri tələb edə bilərsiniz —Vəkil açıqladı ( 29118556)
-
musavat.comAldığınız maşın xarab çıxsa, pulunuzu geri tələb edə bilərsiniz — Vəkil açıqladı ( 29118085)
-
konkret.azAldığınız maşın xarab çıxsa, pulunuzu geri tələb edə bilərsiniz — Vəkil açıqladı ( 29115019)
-
demokrat.azAldığınız maşın xarab çıxsa, pulunuzu geri tələb edə bilərsiniz Vəkil açıqladı ( 29114860)
-
demokrat.azAldığınız maşın xarab çıxsa, pulunuzu geri tələb edə bilərsiniz — Vəkil açıqladı ( 29114836)