EN

Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı

Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) 2 iyundan etibarən Ermənistandan çəyirdəkli meyvə və üzüm idxalını məhdudlaşdıracaq.

"Unikal" xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat verib.

Bəyanatda deyilir: "2 iyun 2026-cı il tarixindən etibarən çəyirdəkli meyvələrin (albalı, şirin albalı, ərik, gavalı, şaftalı, nektarin) və təzə üzümün (Ermənistan Respublikasından gətirilən və göndərilən) idxalına müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq".

Həmçinin qeyd olunur ki, tədbir məhsulların tədarükündəki fasilələrlə bağlıdır.

Chosen
20
1
unikal.az

10Sources