“Opta” statistika platformasının superkompüterinin hesablamalarına görə, futbol üzrə dünya çempionatının əsas favoritləri müəyyənləşib. Metbuat.az xəbər verir ki, turnirin qalibinə ən yüksək şans İspaniya millisinin verilir – 16,1%. Məlumata əsasən, Fransa millisinin çempionluq ehtimalı 13%, İngiltərənin isə 11,2% qiymətləndirilir. Son dünya çempionu Argentina isə titulu qorumaq üçün 10,4% şansa sahibdir.Siyahıda ilk 10-luğa Portuqaliya (7%), Braziliya (6,6%), Almaniya (5,1%), Niderland (3,6%), Norveç (3,5%) və Belçika (2,4%) də daxil edilib.Qeyd edək ki, dünya çempionatı iyunun 11-də start götürəcək və tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.