AZ

Dünya çempionatında əsas favoritlər bəlli oldu

“Opta” statistika platformasının superkompüterinin hesablamalarına görə, futbol üzrə dünya çempionatının əsas favoritləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, turnirin qalibinə ən yüksək şans İspaniya millisinin verilir – 16,1%. Məlumata əsasən, Fransa millisinin çempionluq ehtimalı 13%, İngiltərənin isə 11,2% qiymətləndirilir. Son dünya çempionu Argentina isə titulu qorumaq üçün 10,4% şansa sahibdir.Siyahıda ilk 10-luğa Portuqaliya (7%), Braziliya (6,6%), Almaniya (5,1%), Niderland (3,6%), Norveç (3,5%) və Belçika (2,4%) də daxil edilib.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-də start götürəcək və tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.

Seçilən
37
24
metbuat.az

10Mənbələr