EN

Tramp İsrail və “Hizbullah” arasında atəşkəsin uzunmüddətli olacağına ümid edir

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın “Hizbullah” hərəkatı arasında əldə olunan atəşkəsin daimi olacağına ümid etdiyini bildirib.

Tramp “Truth Social” hesabında yazıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışaraq Beyruta genişmiqyaslı hücum etməməsini xahiş edib və Netanyahu qüvvələrini geri çəkib.

ABŞ lideri əlavə edib ki, “Hizbullah” nümayəndələri ilə də əlaqə saxlanılıb və tərəflər qarşılıqlı atəşin dayandırılması barədə razılığa gəliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
94
1
apa.az

2Sources