EN

NASA rəhbəri: Yadplanetli gəmi qəzası barədə məlumat yoxdur

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) əlində yadplanetlilərə məxsus olduğu iddia edilən qəzaya uğramış kosmik gəmi və ya digər naməlum obyektlərlə bağlı təsdiqlənmiş sübutlar yoxdur.

XQ xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Cared Ayzekman Vaşinqtonda keçirilən "CNBC CEO Council Summit" tədbirində danışıb.

O, yerdənkənar sivilizasiyalarla mümkün əlaqələr və naməlum uçan obyektlərlə bağlı məlumatların açıqlanması barədə suala cavab verərkən bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası belə mövzulara aid materialların ictimaiyyətə təqdim olunmasını dəstəkləyir.

Ayzekmanın sözlərinə görə, onun qəzaya uğramış yadplanetli kosmik gəmiləri və ya mənşəyi bilinməyən obyektlərlə bağlı hər hansı məlumatı yoxdur.

NASA rəhbəri əlavə edib ki, buna baxmayaraq, aidiyyəti qurumlar tərəfindən qeydə alınmış və ictimaiyyətə açıqlanmış naməlum hava hadisələri (UAP) barədə məlumatlar mövcuddur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
1
xalqqazeti.az

2Sources