EN

Rusiya neft sənayesinə ağır zərbə Nəhəng zavod fəaliyyətini dayandırdı

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiyanın cənub bölgəsinin ən mühüm enerji müəssisələrindən biri olan "Lukoyl Volqoqradneftepererabotka" neft emalı zavodu (NPZ) Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra fəaliyyətini qismən dayandırıb. 

"AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" agentliyi sahədəki etibarlı mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, hücum nəticəsində zavodun ilkin neft emalı qurğusu olan və müəssisənin ümumi gücünün 40 faizini təşkil edən CDU-1 qurğusunun fəaliyyəti tamamilə dayandırılıb. Bununla yanaşı, zavodun digər mühüm istehsalat sahələri olan CDU-5 və CDU-6 qurğularının da işi dayanıb. Bu isə o deməkdir ki, zavodun istehsal potensialının yarıdan çoxu iflic vəziyyətinə düşüb.

Ukrayna dronları sözügedən neft emalı zavoduna zərbələri mayın 29-da endirib. Regionun qubernatoru Andrey Boçarovun sözlərinə görə, həmin gün həmçinin ərazidəki sintetik lif zavodu da vurulub. Hücum nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Rusiyanın "ASTRA" teleqram kanalının yaydığı məlumata görə, mayın 29-da baş verən hadisə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünə başlamasından bəri bu strateji obyektə edilən ən azı 10-cu hücumdur. Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunu yanacaqla təmin edən bu müəssisəni mütəmadi olaraq hədəf alır.

"Lukoyl-Volqoqradneftepererabotka" Rusiyanın Cənub Federal Dairəsində ən böyük neft məhsulları istehsalçısı və ölkənin cənub hissəsindəki ən nəhəng sənaye müəssisələrindən biridir. Statistik göstəricilərə görə, zavod 2025-ci ildə 13,7 milyon ton neft emal edib ki, bu da Rusiyadakı ümumi neft emalı həcminin təxminən 5 faizinə bərabərdir. Ekspertlər qeyd edirlər ki, bu miqyasda bir müəssisənin fəaliyyətinin dayandırılması daxili bazarda yanacaq qıtlığına və qiymət artımına səbəb ola bilər.

Rasim

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
azpolitika.info

1Sources