EN

Yankoviç millidə məhsuldar ötürmə etdi

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin formasını geydiyi Monteneqro millisi yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə Bolqarıstanla üz-üzə gəlib.

Yankoviç də bu görüşün iştirakçısı olub. Görüşə ehtiyat oyunçular skamyasından başlayan 31 yaşlı futbolçu 59-cu dəqiqədə Miloş Brnoviçin əvəzinə meydana daxil olub. Yankoviç oyuna qoşulduqdan 9 dəqiqə sonra məhsuldar ötürmə ilə yadda qalıb. Balsa Sekuliç topu tora qovuşdurub. Bu, matçda vurulan yeganə qol olub. Görüş Monteneqro yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Monteneqro növbəti yoxlama matçını iyunun 5-də səfərdə Slovakiyaya qarşı keçirəcək.

Chosen
23
4
football-plus.az

5Sources