ain.az, Qol.az saytına istinadən bildirir.
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin də formasını geydiyi Monteneqro millisi yoxlama oyunu keçirib.
QOL.az xəbər verir ki, komanda səfərdə Bolqarıstanla üz-üzə gəlib.
Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Görüşə ehtiyat oyunçular skamyasından başlayan 31 yaşlı futbolçu 59-cu dəqiqədə Miloş Brnoviçin əvəzinə meydana daxil olub. Yankoviç oyuna qoşulduqdan 9 dəqiqə sonra məhsuldar ötürmə ilə yadda qalıb. Balsa Sekuliç topu tora qovuşdurub. Bu, matçda vurulan yeganə qol olub. Bununla da, görüş Monteneqro yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Monteneqro növbəti yoxlama matçının iyunun 5-də səfərdə Slovakiyaya qarşı keçirəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.