EN

Filippində binanın çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

Filippinin Anxeles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə "GMA news" portalı məlumat yayıb.

Bildirilib ki, bu gün dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb.

Filippin Əmək və Məşğulluq Nazirliyi tikinti meydançasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarının mümkün pozuntuları barədə bəyanat verib.

Ümumilikdə 27 nəfər xilas edilib.

Qeyd edək ki, bina mayın 24-nə keçən gecə çöküb.

Chosen
15
far.az

1Sources